“Suriyadan çıxmaqda bir problem var” – ABŞ hərbçiləri bu ölkədən çəkilirmi? – General açıqladı

“Suriyadan çıxmaqda bir problem var” – ABŞ hərbçiləri bu ölkədən çəkilirmi? – General açıqladı

ABŞ prezidenti Donald Trampın ötən ilin dekabrında Suriyadan çıxmaq barədə verdiyi qərardan sonra bu ölkədən məsələ ilə bağlı daha bir açıqlama verilib.

Avropa.info xəbər verir ki, ABŞ-ın  Yaxın Şərqdə ən yüksək rütbəli zabiri general Cozep Votel deyib ki, ABŞ Suriaydakı iki mindən artıq hərbçisini bir neçə gün və ya yaxın həftələr ərzində bu ölkədən çıxaracaq.

Votel Suriyadan çıxmaları haqqındakı qərarı belə dəyərləndirib: “Suriyadan çıxmaq məsələsində seçdiyimiz yol doğrudur və bunda heç bir problem yoxdur. Yaxın günlər və ya həftələr ərzində çıxmağa başlaya bilərik. Çox güman edirəm ki, bu yaxın həftələr ərzində baş verəcək. Bu proses çəkiləcəyimiz bölgədəki vəziyyətə uyğun formada həyata keçəcək. Burada bir problem var. Hərbçiləri geri çəkmək çətin deyil. Problem oradakı avadanlıqlar, hərbi texnikadadır. Dolayısıyla biz orada ehtiyacımız olmayan hərbi avadanlıqlardan qurtuluruq”.

ABŞ hərbçilərinin İraqda da qalıb-qalmayacağına aydınlıq gətirən ameriaklı general deyib ki, İraqda müəyyən sayda hərbçi qalacaq.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər