Şok iddia: FETÖ-çü generalların vəzifədə yüksəlməsində Abdullah Gül təsiri

Şok iddia: FETÖ-çü generalların vəzifədə yüksəlməsində Abdullah Gül təsiri

Türkyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general İlker Başbuğ 15 iyul hərbi çeviliş cəhdinin əsas təşkilatçısı olan FETÖ-çü generalların vəzifədə yüksəlməsində 2010-cu cu il Yüksək Hərbi Şuraya (YAŞ) o dövrkü prezident Abdullah Gülün təsiri olduğuna işarə edib.

Avropa.info xəbər verir ki, İlker Başbuğ o zaman YAŞ-da baş nazir Rəcəb Tayyib Ərdoğanın uzlaşdırıcı, prezident Abdullah Gülün isə israrlı davranışlar göstərdiyini deyib.

Sabiq baş qərargah rəisi qeyd edib ki, 15 iyul hadisələrinə qədər baş nazir Ərdoğanın FETÖ ilə mübarizədə yetərli və gərəkli dəstəyi aldığını söyləmək olmaz.

“17-25 dekabr hadisələri yaşandımı? Yaşandı. Burada o dövrün baş naziri Ərdoğanın Fətullah Gülən camaatına qarşı bir mücadiləsi başladımı? Başladı. Baş nazir Ərdoğan Fətullah Gülən camaatına qarşı savaş açdı. O zaman 2014-2015 şuralarında xüsusilə Ərdoğanın FETÖ-çülərin vəzifədə yüksəlməsinə icaə verəcəyini düşünmək ağlasığmayan deyilmi? Ancaq bu gerçəkləşir. Mən soruşuram: 2014 və 2015 YAŞ toplantılarında verilən qərarlar nəticəsində vəzifəcə yüksələn general və admiralların 65%-i 15 iyul hadisələrindən sonra ordudan xaric edildi. Bu, çox düşündürücüdür. 2010 YAŞ müddətində yaşanılan olaylarda baş nazir Ərdoğanın daha uzlaşdırıcı, prezident Gülün isə daha israrlı olduğunu gördüm. 2014-cü ildən 2016-cı ilin 15 iyuluna qədər olan zamana baxılarsa, baş nazir Ərdoğanın Fətullah Gülənin terror təşkilatına qarşı apardığı mübarizədə yetərli və lazımi dəstəyi aldığını söyləmək olmaz. Onun bu mübarizədə yalnız buraxıldığını düşünürəm”, – deyə Başbuğ bildirib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər