“Eşkiya dünyaya hökmdar olmaz” serialı yenidən yayımda – Düşmənlik pik həddinə çatır (Video)

“Eşkiya dünyaya hökmdar olmaz” serialı yenidən yayımda – Düşmənlik pik həddinə çatır (Video)

Ötən həftə Türkiyənin ATV telekanalında nümayiş olunan “Eşkiya dünyaya hökmdar olmaz” serialının yeni bölümü yayımlanmayıb.

Avopa.info xəbər verir ki, serialın 124-cü bölümü fevralın 12-də yayımlanacaq.

Bu bölümdə hadisələr daha dramatik şəkildə cərəyan edəcək. İlyas və Behzatın həbsdəki kameralarının dəyişdirilməsi aralarındakı düşmənçiliyi azaltmayacaq. Façalılar da, İlyasın içəridəki dostları da rəislərinin başına gələ biləcəklərini bildikləri halda hərəkətə keçmək üçün doğru zamanı gözləyirlər.

Düşməninin ölüm xəbərini almadan qəzəbi yatmayacaq İlyas və Behzatın bu saatdan sonra içəridən sağ çıxa bilmək üçün möcüzəyə ehtiyacı var.

Qardaşlarının savaşına mane ola bilməyən Xızır və Haşmet bir yandan içəridən bəd xəbər almamaq üçün dua edərkən, digər yandan hər hansı itkidən sonra yaşanacaqlarının hesabını aparırlar.

Haşmet Xızırın gücünün fərqində olduğundan təkrar qarşı-qarşıya gəlmək istəməz. Aralarındakı düşmənliyi aradan qaldırmaq üçün ayağına gələn hər fürsəti qaçırmaq istəmir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər