Soylu “sizin aksiya keçirməyinizə imkan verən adam deyil” dedi, türk polisi “Öcalana azadlıq” qışqırmaq istəyən HDP-liləri qovdu (Foto)

Soylu “sizin aksiya keçirməyinizə imkan verən adam deyil” dedi, türk polisi “Öcalana azadlıq” qışqırmaq istəyən HDP-liləri qovdu (Foto)

PKK terror təşkilatının siyasi qolu HDP-nin İstanbulda aksiya keçirmə cəhdinin qarşısı alınıb.

Avropa.info xəbər verir ki, HDP-lilər ömürlük həbs cəzasına məhkum olunmuş terrrorçubaşı Abdullah Öcalana azadlıq tələbi ilə yürüş keçirmək istəyiblər.

HDP-lilər İstanbulun Qalatasaray meydanına toplaşaraq “Öcalana azadlıq” şüraları səsləndirməyi planlaşdırırdılar.

Lakin, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu dünən verdiyi açıqlamada HDP-yə aksiya keçirməsinə icazə verilməyəcəyini bildirmişdi.

“Bunların deputatları Öcalana azadlıq şüarı ilə aksiya keçirəcəklərini deyirlər. Sizin aksiya keçirməyinizə imkan verən adam deyil”- Süleyman Soylu belə deyib.

Bu gün səhər saatlarında Taksim Meydanı, İstiqlal Prospekti və Qalatasaray Meydanı yaxınlığında polis geniş təhlükəsizlik tədbirləri aparıb. Küçələrin giriş və çıxışları bağlanılıb.

Aksiya keçirmək istəyən HDP-li təxribatçıların qarşısı alınıb. Qalatasaray Meydanına girişi icazə verilməyən HDP-lilər polis tərəfindən küçələrdən də qovulublar.

Güvenlik güçleri HDP'lileri yürütmedi

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər