“Microsoft” “Internet Explorer”dən istifadəni dayandırmağı xahiş edir

“Microsoft” “Internet Explorer”dən istifadəni dayandırmağı xahiş edir

“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemi üçün “Edge” adlı müasir brauzer təqdim etməklə “Internet Explorer” brendinin sonunu gətirib.

“Microsoft” şirkətində “Windows” bölməsinin kibertəhlükəsizlik üzrə eksperti Kris Cekson bu yaxınlarda “Internet Explorer brauzerindən istifadə riskləri” adlı məqalə dərc edib. O, məqalədə “Internet Explorer” brauzerindən istifadəni dayandırmağı xahiş edir.

Əksər istifadəçilər “Chrome”, “Firefox” və ya “Edge” brauzerinə keçdikləri halda, biznes istifadəçilərin bəziləri indiyədək “Internet Explorer”dən istifadə edir.

“Microsoft” korporativ istifadəçiləri köhnə proqramları təkmilləşdirməyə vadar etmək üçün müxtəlif üsullara əl atıb, lakin informasiya texnologiyaları administratorları heç nəyi dəyişdirməmək və “Internet Explorer” brauzerini saxlamağa üstünlük verir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər