Macarıstanda çoxuşaqlı ailələrə 31 min avroluq analıq kapitalı ayrılacaq

Macarıstanda çoxuşaqlı ailələrə 31 min avroluq analıq kapitalı ayrılacaq

Macarıstanın Baş naziri Viktor Orban ölkədə doğuşların sayının artırılması və bu məqsədlə analara 31 min avroluq subsidiya ayrılması üzrə planın tətbiq olunacağını elan edib.

Plana əsasən, 40 yaşdan cavan hər bir qadın ilk evliliyi dövründə sərbəst istifadə etmək üçün dövlətdən 31 min 417 avro dəyərində faizsiz kredit alacaq. İlk uşaq dünyaya gəldikdə kreditin ödənişi üç il dayandırılacaq, ikinci uşaq doğulduqda dövlətə qaytarılmalı olan məbləğ 10 min dollara qədər azaldılacaq, üçüncü uşaqdan sonra isə ana bütün kreditdən azad ediləcək.

Bundan başqa, dövlət büdcəsinə ev alan və sadələşdirilmiş ipoteka götürən çoxuşaqlı ailələr üçün kredit proqramının asanlaşdırılması üzrə bənd əlavə edilib. Həmçinin üçuşaqlı ailələr miniven aldıqları zaman 7,5 min avro məbləğində kredit götürə biləcək. Dörd və ya daha çox uşağı olan qadınlar isə ömürlərinin sonuna qədər vergi ödəməyəcək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər