İstanbulda hərbi helikopter qəzaya uğrayıb – 4 hərbçi həlak olub (Yenilənib)

İstanbulda hərbi helikopter qəzaya uğrayıb – 4 hərbçi həlak olub (Yenilənib)

İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

Bu barədə bazar ertəsi şəhərin valisi Əli Yerlikaya məlumat verib.

“Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub”, – deyə o, “Twitter”də yazıb.

İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb.

Hadisə yerinə “təcili yardım” və yanğınsöndürən maşınlar cəlb olunub.

***

İstanbulun Çekməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb.

Avropa.info xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

İlkin məlumata görə, qəza nəticəsində bir əsgər həlak olub, üçü isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər