FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat – 1000-dən çox adam axtarışdadır

FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat – 1000-dən çox adam axtarışdadır

Paytaxt Ankara başda olmaqla Türkiyənin 76 vilayətində FETÖ/PYD şəbəkəsinə qarşı keçirilən əməliyyatda 1112 nəfər şübhəli şəxsin polis tərəfindən saxlanılması qərarı verilib.

Avropa.info xəbər verir ki, Ankara Baş Prokurorluğunun  apardığı istintaqda 2010-cu ildə keçirilən Polislikdən Komissarlığa Keçid İmtahanında FETÖ silahlı terror təşkilatı üzvlərinin imtahan suallarını imtahandan əvvəl ələ keçirərək şəbəkə üzvlərinə ötürdüyü müəyyən edilib. İmtahan suallarının verildiyi 1112 nəfərə qarşı türk polisi 75 vilayətdə eyni vaxtda əməliyyata başlayıb.

Barəsində saxlanılma qərarı çıxarılan şübhəli şəxslərdən 130 nəfərinin vəzifə başında olduğu bildirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər