Bakıda dəhşətli hadisə: Kişi arvadını qətlə yetirdi

Bakıda dəhşətli hadisə: Kişi arvadını qətlə yetirdi

Bakıda ər arvadını qətlə yetirib.

DİN mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər