Müdafiə naziri orduya çağırış etdi : “Diqqətli olun, dövlət çevirilişi cəhdinə imkan verməyin”

Müdafiə naziri orduya çağırış etdi : “Diqqətli olun, dövlət çevirilişi cəhdinə imkan verməyin”

Sudan ordusu vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün hökumətə tam sadiqdir.

Avropa.info xəbər verir ki, bu haqda Sudan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlikdən edilən yazılı açıqlamada Müdafiə naziri Avad bin Avf, Baş Qərargah rəisi general Kamal Abdulmaruf və ordunun yüksək rütbəli zabitlərinin iştirakı ilə toplantı keçirildiyi qeyd olunub.

Toplantıda ordunun ölkəni xaosa sürükləmə təhdidləri qarşısında sipər olduğunu bildirilib.

Tədbirdə zabitlərə həssaslıq göstərmələri və dövlət çevrilişi cəhdlərinə imkan verməmək tələb olunub.

Qeyd edək ki, Sudan prezidenti Ömər əl Bəşir ABŞ tərəfindən sevilməyən dünya ölkə rəhbərlərindəndir. 2009-cu ildə Beynəlxalq Haaqa Tribunalı Ömər əl-Bəşiri Darfur bölgəsində hərbi cinayət törətməkdə ittiham edərək, onun haqqında həbs qərarı çıxarıb. ABŞ bu qərarı dəstəkləsə də, dünyanın əksər ölkələri bu qərara qarşı çıxıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər