Deputat Vahid Əhmədovdan dollar kreditləri ilə bağlı unikal təklif: “200 minə yaxın iş var…”

Deputat Vahid Əhmədovdan dollar kreditləri ilə bağlı unikal təklif: “200 minə yaxın iş var…”

Azərbaycan prezidentindən növbəti fərmanının dollarla olan kreditlər probleminin həlli ilə bağlı olmasını xahiş edirik.

Avropa.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti tərəfindən həyata keçrilən siyasi, iqtisadi və sosial islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır.

“Ölkə başçısının şəhid ailələri, minimum əmək haqqının artırılması ilə bağlı verdiyi sərəncamlar təqdir olunası haldır”,- deyən deputat əlavə edib ki, bu gün ciddi məsələlərdən biri də banklardakı əmanətlərin tam sığortalanması ilə bağlıdır.

“Bildiyiniz kimi banklardakı əmanətlərin 42 faizi 3 aylıq əmanətlərdir. Artıq ölkə başçısı əmanətlərin tam sığortalanması ilə bağlı qanun hazırlanıb və Milli Məclisə daxil olub. Növbəti iclaslarda bu məsələyə baxılacaq. Bu qanun da çox müsbət addımdır. Bu qanunun qəbulu həm əmanətçilərin əmanətinin qorunmasına, həm də bankların fəaliyyətinin canlanmasına öz müsbət təsirini göstərəcək”, – deputat bildirib.

Deputat həmçinin cəmiyyəti narahat eədn digər bir cidid məsələni gündəmə gətirib. Bu da banklardakı dollarla götürülən kreditlər məsələsidir.

“Bu gün məhkəmlərdə kredit problemi ilə bağlı 200 minə yaxın iş var. İstərdik ki, ölkə başçısının fərmanı məhz bu problemli kreditlərlə bağlı olsun. Xahiş edərdik ki, ölkə başçısı bu problemin ciddiliyini nəzərə alıb, məsələni tənzimləyən bir fərman imzalasın”, – V. Əhmədov bildirib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər