Ermənistandan Əsəd rejiminə dəstək – Suriyaya 86 əsgər göndərdi

Ermənistandan Əsəd rejiminə dəstək – Suriyaya 86 əsgər göndərdi

82 millətin nümayəndəsinin döyüşdüyü ehtimal olunan Suriya ərazisində bir çox ölkə rəsmi yaxud qeyri-rəsmi şəkildə ordu saxlayır. Suriyada ən çox hərbçi saxlayan ölkələr isə İran, Türkiyə, Rusiya, Fransa və ABŞ-dır.

Avropa.info xəbər verir ki, bu ölkələr sırasına Ermənistan da qoşulub. Suriyadakı rus hərbçilərinə dəstək qüvvə kimi göndərilən 86 erməni hərbçinin aktiv hərbi əməliyyatlarda iştirak etməyəcəyi, sadəcə mina əleyhinə təlimlər və humanitar yardım fəaliyyətində iştirak edəcəyi bildirilir.

“Erməni mütəxəssislər hərbi fəaliyyətlərin aparıldığı ərazilərin xaricində sadəcə mina əleyhinə fəaliyyət və Hələbdə tibbi yardım təmin edəcək humanitar fəaliyyət aparacaqlar” – Ermənistan tərəfinin açıqlamasında belə deyilir.

8 fevralda Moskvada erməni həmkarı David Tonoyan ilə görüşən Rusiya müdafiə naziri Sergey Şoyqu “Suriyaya göstərilən humanitar yardım üçün minnətdarlığımı bildirmək istəyirəm. Suriya xalqına yardım göstərmək çağırışına ilk cavab verən siz idiniz” bəyanatı vermişdi.

Qeyd edək ki, 2014-cü ildə Ermənistan Suriyaya silah-sursat və ərzaq yardımı daşıyan təyyarə göndərmişdi. Ərzurum şəhərində qəza enişi edən təyyarədə axtarış aparılmış, silahlar Türkiyə dövləti tərəfindən müsadirə olunmuşdu.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər