İsrail lobbilərini tənqid edən Konqresin müsəlman qadın üzvünə qarşı ABŞ-da linç kampaniyası

İsrail lobbilərini tənqid edən Konqresin müsəlman qadın üzvünə qarşı ABŞ-da linç kampaniyası

ABŞ prezidenti Donald Tramp Konqresin müsəlman üzvü İlhan Ömərin İsrail lobbisinin ABŞ Konqresinə təsiri barədə etdiyi çıxışa sərt reaksiya verib.

Avropa.info xəbər verir ki, Tramp bu barədə Texas ştatında keçiriləcək mitinqə gedərkən təyyarədə müsahibə verib:

“Məncə o, özündən utanmalıdır. Bərbad açıqlama idi və üzrxahlığın da kifayət etdiyini düşünmürəm”.

Konqresə seçilən ilk başıörtülü müsəlman qadın İlhan Ömər barəsində səslənən anti-semitizm ittihamlarına cavab olaraq “Twitter”də üzrxahlıq mesajı yaymışdı. Amerikalı yəhudilərdən üzr istəyən Ömər İsrailin ABŞ-dakı lobbiçilik fəaliyyətlərini görməməzliyə vurmamağa çağırmışdı.

Ömər lobbiçilik edən firmaların ABŞ siyasətinə verdiyi ziyan barədə dediyi sözlərin arxasında olduğunu deyib:

“Amerikan İsrail İctimaiyyətlə Əlaqələr Komitəsi (AİPAC), Milli Silah Assosiasiyası (NRA) və ya üzvü yanacaq sənayesi lobbilərinin siyasətimizdəki  problemli rolunu vurğulamağa davam edəcəm. Çox uzun müddətdir davam edən bu məsələni nəzərə almalıyıq”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının  ilk başıörtülü qadın üzvü olan İlhan Ömər inancı ilə bağlı təhqir və tənqidlərə məruz qalmış, respublikaçı senat sədri Kevin Makkarti tərəfindən anti-semitizmdə ittiham olunmuşdu. İlhan Ömər isə Makkartini İsrail lobbilərindən pul almaqda ittiham etmişdi.

Konqresin respublikaçı üzvləri ilə yanaşı, Demokrat partiyasının Nümayəndələr Palatasının lideri Nensi Pelosi başda olmaqla demokrat siyasətçilər də Ömərin üzr istəməsini tələb etmişdilər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər