“Süni qiymət artımının qarşısı alınmalıdır” – Deputat

“Süni qiymət artımının qarşısı alınmalıdır” – Deputat

Azərbaycan prezidentinin minimum əmək haqqını 180 manata qaldırılmaqla yaşayış minimumuna uyğunlaşıdırlması barədə verdiyi sərəncam təqdir olunası haldır.

Avropa.info xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi, iqtisadi islahatlar sosial sahədə həyata keçrilən islahatlarla özünün tam formada tamamlayır.

“Bu islahatlar xalq təərfindən dəstəklənir. Bu sərəncam bir neçə cəhətdən vacibdir. Bu sərəncam eyni zamanda özəl sektordakı kölgə iqtisadiyyatının aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək”,- deputat bildirib.

Bununla belə, deputat onu da bildiribki, bir sıra “işbazlar” istifadə edərək süni qiymət artımına nail olmağa çalışır.

“Novruz bayramı ərəfəsində süni qiymət artımı gözlənilir. Əgər biz ölkə başçısının fevralın 8-də imzaladığı sərəncamın aztəmanatlı ailələrin xeyrinə işləməsi üçün Novruq bayramı ərəfəsində və ümumiyyətlə, süni qiymət artımının qarşısı alınmalıdır”, – Ə.Məsimli deyib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər