“Onların məqsədi gündəmi dəyişməkdir” – Bahar Muradova

“Onların məqsədi gündəmi dəyişməkdir” – Bahar Muradova

Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatların vasitəçi nümayəndələrin, həm həmsədr ölkələrin bəyanatarı, həm də Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar bizi müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməyə əsas verirdisə, ortaya çıxan meyllər bizi problemi həll etmək iqtidarı gücləndikcə onun qarşısını almaq istəyən dairələrin səylərini artırmaq cəhdi göstərdiyini düşünməyə vadar edir.

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: “Hətta bunun əksini söyləyənlər də bunu görür. Lakin nların məqsədləri gündəmi dəyişmək, qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə biz bu səyləri göz önünə alaraq, diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda bu məsələnin həllinə və Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında, digər parametr kimi çıxış edən ölkə vətəndaşlarının sosial rifahının diqqətin daim diqqətində olduğunu göstərən siyasəti nəzərə alaraq bütün bunların vahid məqsəd olan Dağlıq Qarabağ və danışıqlar prosesini irəlilətməyə çağırıram.

Deputatın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb və bu, ardıcıl məqsədyönlü siyasətdir:

“Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Gücdən qüdrətdən istifadə edərək, ölkə Prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər