“Bələdiyyələr heç özlərini idarə edə bilmirlər” – Deputat

“Bələdiyyələr heç özlərini idarə edə bilmirlər” – Deputat
Bələdiyyələrin 20 illik fəaliyyətinə nəzərə salıb təhlil etsək, o zaman görərik ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr heç özlərini idarə edə bilmirlər.

Avropa.info xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əgər bələdiyyələrin fəaliyyətini canlandırmaq istəyirksə, bura uğurlu kadrlar seçilməsinə nail olmalıyıq.

“Bu gün bələdiyyələrin öz problemlərini həll etmək iqtidarında deyil kimi səslənən fikirlərlə razı deyiləm. Kadrlar yerində olsa, bu problem həll olunar. Əgər bələdiyyələr yerli problemlərin həlli istiqamətində qanunvericilik çərçivəsində addım atsa, onda biz bu qurumun fəaliyyətinin canlandırılmasının şahidi olarıq. Bələdiyyələr öz səlahiyyətini dərk edərsə, o zaman bələdiyyələr topraq satan qurumdan yerli problemləri həll edəcək quruma çevriləcək. Bu da eyni zamanda yerlərdəki paralel idarəetməni aradan qaldırmağa xidmət edəcək”, – deyə millət vəkili bildirib.

Deputat eyni zamanda deyib ki, ölkədə bələdiyyələrin səmərəli fəaliyyətini təmin etmək üçün bələdiyyələrin sayı azaldılmalıdır.
“Bu gün 1700-dən artıq bələdiyyə var ki, bu çoxdur və bu say azaldılmalıdır”,- deputat deyib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər