“Bəzi bələdiyyələr həddindən artıq səlahiyyət istəyir” – Siyavuş Novruzov

“Bəzi bələdiyyələr həddindən artıq səlahiyyət istəyir” – Siyavuş Novruzov

“Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət edilir. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən ilə bu proses daha da təkmilləşir”.

Avropa.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, çıxışlarda tez-tez bələdiyyələrin yeni struktur olması, onların iş mexanimzminin dövlət tərəfindən müəyyən yardımlar əsasında qurulması ilə bağlı fikirlərə rast gəlirik: “Artıq 15 ildən çoxdur ki, Azrbaycanda bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz tənminatı ilə bağlı addımlar atmalıdırlar”.

S. Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub, kinoteatrlar yoxdur: “Elə bələdiyyərlər var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Bələdiyyə meşələri, bağlar salmaq, örüşlər icarəyə verməklə əlavə vəsait əldə etmək olar. 20-dən atıq bələdiyyələrin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ – onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər