Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi

Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi
“İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib. 
Avopa.info strateq.az-a istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev “İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.
Əliyev açıqlamasında xəbəri təsdiqləyib.
Qeyd edək ki, bu ay “İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək “İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər