İran İqtisadiyyat Nazirliyi mübadilə sistemi ilə işləyəcək yeni şirkətlərin açılması üçün yeni plan hazırlayıb.
Avropa.info xəbər verir ki, İran iqtisadiyyatına zərbə vuran ABŞ sanksiyalarını aşmaq üçün beynəlxalq ticarətdə pul transferi aparmadan mübadilə vasitəsilə iş görəcək şirkətləri yaratmağı nəzərdə tutub. Bu çərçivədə İqtisadiyyat Nazirliyi ilə yanaşı XİN-ə də xarici ölkələrdəki şirkətlərə lazımi dəstək göstərilməsi tapşırığı verilib.
Mehr agentliyinə müsahibə verən İran İxracat Konfederasiyası sədri Məhəmməd Lahuti mübadilə sistemindən dünya ölkələri arasında istisna hallarda istifadə olunduğu bildirilib. O, mübadilə sistemi ilə işləyəcək şirkətlərə İran Mərkəzi Bankının təminatının verilməsinin lazımi olduğu bildirilib.