Filippin Prezidenti ölkənin adının dəyişdirilməsini təklif edib

Filippin Prezidenti ölkənin adının dəyişdirilməsini təklif edib

Filippin Prezidenti Rodriqo Dutertemüstəmləkəçilik tarixi ilə olan əlaqəni zəiflətmək üçün ölkənin adının dəyişdirilərək “Maharlika Respublikası” olmasını təklif edib.

Pezident bu barədə Magindanao əyalətində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Filippin” adını ölkəyə Ferdinand Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü.

Filippin lideri ölkənin “Maharlika Respublikası” adlandırılması ideyasını bəyəndiyini qeyd edib.

Qeyd edək ki, müasir Filippin dilində “maharlika” sözü “kral nəcibliyi” deməkdir.

 

 

 

 

 

Report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər