Suriyada koalisiya qüvvələrinin hava zərbələri nəticəsində ən azı 50 nəfər ölüb

Suriyada koalisiya qüvvələrinin hava zərbələri nəticəsində ən azı 50 nəfər ölüb

Suriyanın şərqindəki Deir əz-Zor əyalətinə son 24 saat ərzində koalisiya qüvvələrinin hava zərbələri nəticəsində ən azı 50 nəfər ölüb. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.
Avropa.info xəbər verir ki, koalisiya qüvvələrinin hava hücumlarının əsas hədəfi İŞİD-in nəzarətində olan Baqoz qəsəbəsi olub. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin qərargahından məlumatla bağlı şərh verməyiblər.
Pentaqon və müttəfiqlərinin iddia etdiklərinə görə, son aylar Suriyada İŞİD terrorçularının yenidən fəallaşması müşahidə olunur. Terrorçu qrupların əsas hədəfi isə Fərat çayının qərbində yerləşən yaşayış məskənləridir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər