Beynəlxalq Simpozium və Novruz Festivalı keçiriləcək – Foto

Beynəlxalq Simpozium və Novruz Festivalı keçiriləcək – Foto

Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı, Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin dəstəyi, Şimali Kipr Türk Respublikası Parlamentinin vitse-prezidenti millət vəkili Zorlu Törenin himayəsində və Türkiyə Respublikası Lefkoşa Səfirliyinin xüsusi dəstəyi ilə beynəlxalq simpozium keçiriləcək.

Avropa.info xəbər verir ki, simpozium Şimali Kipr Türk Respublikasının qurulmasında böyük əməyi olan, 30 ilə yaxın həmin dövlətin Prezidenti olmuş mərhum Rauf Raif Denktaşa və bu ölkənin müstəqillik əldə etmsində böyük mücadilə vermiş Fazil Küçüyün xatirəsinə həsr olunub.

Simpoziumun əsas hissələrindən biri də ölkəmizin milli bayramı olan Novruz bayramına həsr olunacaq.

Beynəlxalq simpoziumda Azərbaycan, Qazağıstan, Türkiyə, Almaniya, Rusiya, Hollandiya və digər ölkələrdən yüzə yaxın qonaq iştirak edəcək.

Eyni zamanda, tədbirə ölkəmizdən Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azər Badamov, Xalq şairi Sabir Rüstəmxanlı, KİV təmsilçiləri və çox sayda təhsil işçisi iştrak edəcək.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizin milli bayramı olan Novruz Bayramı ilə bağlı şənlik keçiriləcək. Şənlikdə Şimali Kiprdə yaşayan soydaşlarımız, yerli ictimaiyyətin nüfuzlu şəxsləri, elmi ictimaiyyət və xarici tələbələr dəvət olunub.

Şənlikdə ölkəmiz haqqında ətraflı məlumatlar, müxtəlif məlumat bukletləri və sənətçilərimizin iştirakı ilə konsert proqramı baş tutacaq.

Elnur Eltürk

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər