Bərdədə at əti satmaq istəyən şəxs saxlanıldı

Bərdədə at əti satmaq istəyən şəxs saxlanıldı
Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz satış məqsədi ilə at əti kəsən rayon sakini Rövşən Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı satış məqsədi ilə kəsdiyi 90 kq çəkidə olan at əti müəyyən edilərək maddi sübut kimi götürülüb.
Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər